Türkiyənin İstanbul şəhərində Azərbaycan əsilli Bayram Məmmədov iki uşağının gözü önündə həyat yoldaşı Əsmər Quliyevanı qətlə yetirib.
Hadisə səhər saat 4-də Sultantəpə məhəlləsində baş verib. Həyat yoldaşı ilə mübahisə edən Bayram Məmmədov mətbəx bıçağı ilə qadına bir neçə zərbə endirib. Qadın hadisə yerində dünyasını dəyişib.
Bayram Məmmədov könüllü polisə təslim olub. (baku.ws)
Qaynarinfo.az