Xəbər lenti

Azərbaycanlı uşağın Rusiya xəstəxanasında müəmmalı ölümü
Dünya19:21 06.05.2016

Azərbaycanlı uşağın Rusiya xəstəxanasında müəmmalı ölümü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tatarıstanın Alabuqa Mərkəzi rayon xəstəxanasında azərbaycanlı uşaq dünyasını dəyişib.
Qaynarinfo.az anspress-ə istinadən xəbər verir ki, hadisə mayın 3-nə keçən gecə Tatarıstanın Alabuqa şəhərində baş verib. Hər şey qonşuların gözü qarşısında baş verib. 8 yaşlı oğlan ehtiyatsızlıqdan oyun meydançasında yıxılaraq zədə alıb. Anası uşağı dərhal xəstəxanaya çatdırıb.
Burada həkim-travmatoloq ona “sol çiyin sümüyünün yerdəyişməsi ilə sınığı” diaqnozu qoyub. Sonra həkim-anestezioloq xəstəyə daxili anesteziya edərək, sümüyü yerinə oturdub və uşaq reanimasiya şöbəsinə yerləşdirilib. Burada isə oğlanın halı pisləşib və gecəyarısından sonra o keçinib.
“Tatar-inform” xəbər portalının məlumatına görə, uşağa anesteziyanın tətbiq edilməsində çətinliklər yaşanıb. Bu da xəstənin halına mənfi təsir edib.
Faktla bağlı Alabuqa İstintaq İdarəsində cinayət işi açılıb. Faktla bağlı daha ətraflı məlumatın əldə edilməsi üçün tədbirlər görülür. Şahidlər dindirilir, məhkəmə tibbi-ekspertizası və kimya-toksikoloji ekspertizası təyin olunub. İstintaq davam edir.
8 yaşlı mərhum dəfn edilmək üçün Azərbaycana göndərilib.
Qaynarinfo.az