Xəbər lenti

Azərbaycanlı xanıma Avropa Bankında yüksək vəzifə verildi
Ölkə14:11 28.03.2017

Azərbaycanlı xanıma Avropa Bankında yüksək vəzifə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanlı Aytən Rüstəmova Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Tacikistandakı ofisinin rəhbəri təyin edilib.
"Qaynar" "Marja"ya istinadən xəbər verir ki, bu barədə AYİB-dən bildirilib.
Aytən Rüstəmova, AYİB-in London Qərargahına qayıdan Riçard Consu əvəz edib.
Aytən Rüstəmova 2001-ci ildə AYİB-ə qoşulub. Son vaxtlar o, Bakıda Bankın Azərbaycan ofisində baş bankir kimi çalışıb, burada böyük infrastruktur layihələrinə rəhbərlik edib. O, kreditləşmə, enerji səmərəliliyi layihələrinin maliyyələşdirilməsi,  kiçik və orta müəssisələr üzrə geniş təcrübəyə malikdir.
İndiyədək AYİB Tacikistan iqtisadiyyatının müxtəlif sahələrinə 645 milyon dollar həcmində sərmayə yatırıb.
Qaynar.Az