Xəbər lenti

Azərbaycanlılar 5 aydır dənizin ortasında qalıb - FOTOLAR
Dünya07:13 22.08.2015

Azərbaycanlılar 5 aydır dənizin ortasında qalıb - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanlı dənizçilər 5 aydır Şimali Kipr sahillərində çarəsiz vəziyyətdə qalıb. Haberazerbaycan.com-ın məlumatına görə, Toqo bayrağı altında adaya işləməyə gələn 12 nəfər soydaşımızın gəmisi xarab olub. Gəminin məxsus olduğu şirkət isə təmir üçün maddi imkanı olmadığını açıqlayıb və onları özbaşına buraxıb.
Qazimağusa limanı sahillərində qalan dənizçilər kömək gözləyir. Onlara hələlik yaxınlıqdakı adamlar tərəfindən su, qida çatdırılır.
Dənizçilərimiz 5 aydır maaş almadıqlarını söyləyiblər. Gəminin kapitanı Rəcəb Kazımov deyib ki, yoldaşlarından kimsə xəstələnsə, həkimə getməyə pul yoxdur: “Tək istədiyimiz pullarımızı alıb vətənə qayıtmaqdır”.//Axar.az 
Qaynar.info