“İraqın İŞİD-ə qarşı keçirəcəyi Mosul əməliyyatında ən çox Türkiyəyə ehtiyac var”. Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu açıqlama ilə Kərkük millət vəkili Həsən Turan çıxış edib.
O bu əməliyyatın baş tutacağı halda İŞİD-in əsas onurğa sümüyünün qırılacağını bildirib: “Məncə, Mosul əməliyyatında İraqa ən çox yardımı Türkiyə edəcək. Biz türkman siyasətçilər və Türkiyə Müdafiə naziri İsmət Yılmaz mühüm görüş keçirdik. Görüşdə Türkiyənin digər xalqlara silah verməsindən türkmanların da istifadə etməsini istədik. İraqdakı türkmanların tələbləri digər xalqlar kimi nəzərə alınmalıdır. Əsas məsələ bizim əsgəri baxımdan hazır olmağımızdır. Kərkükün müdafiəsi üçün ediləsi çox şey var. Kərkükün 6 bölgəsi hazırda İŞİD-in əlindədir. İŞİD az qala Kərkükün 20 kilometr cənubundadır. Bu şəhərin müdafiəsini təkcə peşmərgə öz üzərinə götürə bilməz. Tezliklə türkman silahlı qüvvələri yaradılmalıdır”.
Qaynar.info