
Azərbaycan vətəndaşları Rusiya paytaxtındakı mehmanxanalardan birini qarət etməkdə ittiham olunur.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, 2 nəfər adı açıqlanmayan şəxs bir mehmanxanaya daxil olaraq havaya atəş açmaq və bıçaqla hədələməklə seyfdən 230 min rubl pul götürüblər və hadisə yerindən qaçıblar. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onlardan biri yaxalanıb. Bu şəxsin 40 yaşlı işsiz Azərbaycan vətəndaşı olduğu açıqlanıb. Digər şəxsin axtarışları davam etdirilir.
Qaynar.info