Azərbaycan vətəndaşlarının Türkiyədə mənzil alışı cari ilin birinci rübündə, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz artıb.
Bu barədə Qaynarinfo Türkiyənin Statistika Mərkəzinin rəsmi məlumatına əsasən
xəbər verir.
Azərbaycan vətəndaşları ilin birinci rübündə Türkiyədən 297 mənzil alıb.
Qeyd olunan dövrdə, əcnəbilərin Türkiyədə mənzil alışının sayı 45 faiz artaraq, 14 min 591-ə çatıb.
Türkiyədə mənzil alan əcnəbilər içində, İran vətəndaşları 2 min 226 mənzil alışı ilə birinci yerdədir. Sonrakı müvafiq olaraq İraq, Rusiya, Əfqanistan və Almaniya vətəndaşları tutur.
Keçən il Azərbaycan vətəndaşları Türkiyədə mənzil alan əcnəbilər arasında 8-ci yeri tuturdu. Ancaq cari ilin birinci rübündə mənzil alışının 18% artımına baxmayaraq, 15-ci yeri tutur. Səbəb, digər ölkələrin vətəndaşları, xüsusən də iranlılar və rusların daha böyük artımla mənzil almasıdır.
M.Arif