Xəbər lenti

Azərbaycanlılar və dağıstanlılar arasında atışma olub - Sankt-Peterburqda
Dünya17:58 28.04.2016

Azərbaycanlılar və dağıstanlılar arasında atışma olub - Sankt-Peterburqda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlılar və dağıstanlılar arasında atışma olub. APA-nın  xəbərinə görə, bu barədə “FlashNord”-a şəhərin hüquq-mühafizə orqanlarından bildirilib.  
Məlumata görə, saat 17.00 radələrində baş vermiş insidentdə iştirak edən şəxslərdən ikisi saxlanılıb.  
“Vasilyevski adasında bir qrup azərbaycanlı və dağıstanlılar arasında atışma olub”, - deyə mənbə bildirib.   
Hazırda hadisənin təfərrüatları müəyyənləşdirilir.
İnsident zamanı xəsarət alanlar barədə məlumat verilmir.  
Qaynarinfo.az