Xəbər lenti

Azərbaycanlılardan ibarət cinayətkar qrup saxlanıldı
Dünya10:30 14.08.2013

Azərbaycanlılardan ibarət cinayətkar qrup saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskva polisi azərbaycanlılardan ibarət cinayətkar dəstəni zərərsizləşdirib. 
“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, saxlanılanlar arasında quldurluq və soyğunçuluq üzrə ixtisaslaşan qrup üzvlərinin lideri də olub. Onun cinayət aləmində tanınmış fiqur olduğu bildirilir.
Moskva Baş Axtarış İdarəsinin əməkdaşları 9 nəfər qrup üzvünü tutublar ki, onlardan da 7-si azərbaycanlı, digəri Gürcüstan vətəndaşı, biri isə Murmansk əyalətinin sakini olub.
Qaynar.info