İraqın Təlafər şəhərində İŞİD terrorçularının nəzarəti ələ almasından sonra Sincara sığınan türkmanlar şiələrin çoxluq təşkil etdiyi Bağdad, Kərbəla və Nəcəfə axın etməkdə davam edir.
Axar.az xəbər verir ki, türkmanlar Sincarda təxminən bir ay qaldıqdan sonra Ərbilə gəlsələr də yük maşınları və digər nəqliyyat vasitələri ilə burdan da köç etməyə məcbur olublar.
Xatırladaq ki, türkmanlar İraqda yaşayan Azərbaycan mənşəli tayfadır. Sayı 5 milyonu keçən türkmanlar İraq əhalisinin 13 faizini təşkil edir.