Xəbər lenti

Azərbaycanlıya 5 gün vaxt verildi
Dünya11:54 10.11.2014

Azərbaycanlıya 5 gün vaxt verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyada yaşayan Azərbaycan vətəndaşına ölkəni tərk etmək üçün 5 sutka vaxt verilib. ANS PRESS-in məlumatına görə, 6 noyabrda Miqrasiya Xidmətinin əməkdaşları Çuvaşiyanın Urmarı qəsəbəsində reydlər keçiriblər. 

Rusiyanın miqrasiya qanunvericiliyinə riayət etməyə tələb yoxlamalarında azərbaycanlının qanunu pozduğu aşkarlanıb. Rusiyada işləmək icazəsi olmayan Azərbaycan vətəndaşının yerli mağazaların birində müdir işlədiyi bəlli olub.

Urmar rayon məhkəməsi qanun pozuntusu ilə bağlı materiallara baxış keçirib və əcnəbinin Rusiya hüdudlarından çıxarılmasına qərar verib və 2000 rubl cərimələyib. 

Qərar qüvvəyə mindikdən sonra Azərbaycan vətəndaşına Rusiyanı tərk etrmək üçün 5 sutka veriləcək. Bundan əlavə, növbəti 5 il ərzində o, Rusiya ərazisinə giriş qadağan ediləcək. 

Hazırda azərbaycanlıya iş verənin məsuliyyətə cəlb olunması üzrə iş gedir.

Qaynar.info