Moldovanın baş naziri Kirill Qaburiç istefa verib. Anspress-in məlumatına görə, bu barədə Kirill Qaburiç Kişnyovda keçirdiyi mətbuat kofnransında bildirib.
"Mənim addımım geriçəkilmə deyil, irəli doğru atılmış bir addımdır. Düşünürəm ki, bu, parlamentdə yeni hakimiyyət çoxluğu yaratmağa imkan verəcək", - deyə Kirill Qaburiç bildirib.
38 yaşlı K.Qaburiç 2012-2014-cü illərdə Azərbaycanda “Azercell” şirkətinin prezidenti olub.
Fevral ayında Moldova Parlamenti Kirill Qaburiçi baş nazir vəzifəsinə namizədliyini təsdiq etmişdi. O, iqtidar koalisiyasına daxil olan Liberal-Demokratlar Partiyasının namizədi idi. Qaburiçin proqramında əsas vəzifə Moldova Respublikası və Avropa İttifaqı arasında assosiasiya haqqında sazişin tətbiqi idi.
Qaynar.info