Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin yanında İctimai Şuranın növbəti iclası keçirilib.
Qaynarinfo-nun "Azəriqaz”a istinadən verdiyi məlumata görə, iclasda digər məsələlərlə yanaşı, Şura sədrinin seçilməsi də gündəliyə daxil edilib.
Belə ki, Şuranın yanvarın 18-də keçirilmiş iclasında Xəyal Bəşirov Şuranın sədrliyindən istefa vermişdi. Bugünkü səsvermənin nəticəsi olaraq "Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi”nin sədri Elçin Salmanov yekdilliklə Şuranın yeni sədri seçilib.