Xəbər lenti

“Azovstal”dan əsir götürülən ukraynalılar nə vaxt dəyişdiriləcək? - RF-dən cavab
Dünya11:03 25.05.2022

“Azovstal”dan əsir götürülən ukraynalılar nə vaxt dəyişdiriləcək? - RF-dən cavab

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya ilə Ukrayna arasında əsir mübadiləsinin müzakirəsi yalnız təslim olmuş ukraynalı hərbçilərin məhkəməsindən sonra mümkün olacaq.
Qaynarinfo TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko deyib.
"Təslim olanlar lazımi qaydada məhkum edildikdən, hökm çıxarılandan sonra hər şeyi nəzərdən keçirəcəyik, sonra başqa addımlar da ola bilər. Ondan əvvəl mübadilə ilə bağlı bütün söhbətlər tezdir", - Rudenko bildirib.
Rusiya xarici işlər nazirinin müavini həmçinin Ukrayna prezidenti Vladimir Zelenskinin "ancaq Ukrayna fevralın 24-dən sonra rus işğalçıları tərəfindən ələ keçirilən əraziləri geri qaytardıqdan sonra danışıqlara qayıtmaq” barədə bəyanatını da "qeyri-konstruktiv” adlandırıb.
UNIAN-ın yazır ki, mayın 20-nə olan məlumata görə, zavodun ərazisində olan demək olar ki, bütün insanlar Mariupoldakı Azovstaldan təxliyə edilib.
Ağır yaralılar Novoazovskda (müvəqqəti olaraq işğal olunmuş ərazi) tibb müəssisəsinə yerləşdirilib. Mariupolun müdafiəçilərinin bir qismi humanitar dəhlizdən keçərək Olenevkaya aparılıb (həmçinin işğal altındadır).
Prezident Vladimir Zelenski əmin edib ki, onlar beynəlxalq təşkilatların vasitəçiliyi ilə döyüşçüləri evlərinə aparmağı planlaşdırırlar.
Alpər