Xəbər lenti

Azyaşlı uşaq Ağ Evə daxil oldu və Məxfi Xidmət tərəfindən saxlanıldı - AP
Dünya06:22 19.04.2023

Azyaşlı uşaq Ağ Evə daxil oldu və Məxfi Xidmət tərəfindən saxlanıldı - AP

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azyaşlı bir uşaq ABŞ-da Ağ Evin ərazisinə hasardakı barmaqlıqlardan keçərək daxil olub.
Qaynarinfo bu barədə Associated Press-ə istinadla xəbər verir.
Kompleksə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb. Mühafizə uşağı qazonda yaxalayaraq Pensilvaniya prospektində valideynlərinə təhvil verib. Valideynlər ABŞ Məxfi Xidmətinin əməkdaşları tərəfindən qısa müddətə dindirilib və sərbəst buraxılıb.
Agentliyin məlumatına görə, bu hal hasarın hündürlüyünün iki dəfə artırılaraq, demək olar ki, dörd metrə çatdırılmasından sonra Ağ Evə ilk uğurlu hücum ola bilər. Hasarın barmaqlıqları arasındakı məsafə 12 sm-dən bir qədər çoxdur.
Alpər