Xəbər lenti

Babacandan Azərbaycana mesaj
Siyasət07:20 09.07.2014

Babacandan Azərbaycana mesaj

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın müavini Əli Babacan Azərbaycan və Türkiyə arasında neft və qaz sahəsində imzalanan müqavilələrdən söhbət açıb.

ANS PRESS-in məlumatına görə, Babacan Azərbaycanla Türkiyənin neft və qazla bağlı imzaladıqları razılaşmaların bir nəticə verəcəyinə ümid etdiklərini söyləyib.

O, qeyd edib ki, növbəti illərdə Türkiyənin öz təbii qazı və nefti ola bilər: “Azərbaycan və Şimali İraqla imzaladığımız razılaşmalar gələcəkdə bir nəticə verərsə xarici ölkələrdən olan asıllığımız aradan qalxar. Amma onlar bir nəticə verənə qədər neft və qazla bağlı idaxla əsaslanan iqtisadiyyata malik bir ölkə kimi qalacağıq".

Qaynar.info