Xəbər lenti

"Babala TV"nin təsisçisi Oğuzhan Uğur saxlanıldı
Dünya09:40 17.07.2026

"Babala TV"nin təsisçisi Oğuzhan Uğur saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə "Babala TV"nin təsisçisi Oğuzhan Uğur saxlanılıb.
Qaynarinfo xəbər verir ki, o, "Ahbap" Dərnəyinin fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində tutulub.
Xatırladaq ki, "Ahbap" Dərnəyinin sədri, müğənni Haluk Levent də iyulun 12-də saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Ümumilikdə indiyədək bu iş çərçivəsində 18 nəfər tutulub.