Türkiyə müxalifətinin lideri, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğluna ağır itki üz verib.
Qaynarinfo Yenisabah-a istinadən xəbər verir ki, müxalifət liderinin bacısı Fəxriyyə Dalğıc bu gün Kocaelidə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Mərhumə üçün İstanbulda cənazə namazı qılınıb. Kamal Kılıcdaroğlu 100-ə yaxın insanın iştirak etdiyi mərasimə qatılmayıb.