Xəbər lenti

Bağdadda terror: 51 ölü, 150 yaralı
Dünya12:08 30.09.2013

Bağdadda terror: 51 ölü, 150 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün İraqın paytaxtı Bağdadda bir neçə avtomobilin partladılması nəticəsində ən azı 51 nəfər həlak olub, 150 nəfər yaralanıb.
APA-nın “Associated Press”ə istinadən xəbərinə görə, Bağdadın şiələr yaşayan məhəllələrindəki dayanacaqlarda təxminən eyni vaxtda 20-dək avtomobil partladılıb.
 
Terror aktlarına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
 
Qeyd edək ki, sentyabrın 29-da şiə məscidinin partladılması nəticəsində də 40 nəfər həlak olub.

Qaynar.info