
İraqın paytaxtı Bağdadda terror aktı törədilib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Cəmilə adlı bazarda törədilən partlayış nəticəsində 8 nəfər ölüb, 25 nəfər isə yaralanıb. Ölü sayının artacağı ehtimal edilir.
Partlayış bomba yüklü maşının partladılması nəticəsində törədilib.
Qeyd edək ki, dünən də paytaxtda 2 hücumda 5 nəfər dünyasını dəyişmişdi.
Gülşən
Qaynarinfo.Az











