İŞİD terror təşkilatının lideri Əbu Bəkir Əl Bağdadi iflic olub.
Qaynarinfo xəbər verir ki, İraqın DİN-ə bağlı kəşfiyyat idarəsinin rəhbəri Əbu Əli Bəsri bu barədə məlumat verib. Onun sözlərinə görə, terrorçu lider Deyr Əz Zorda hava hücumu nəticəsində raket hissəsinə tuş gəlib və aldığı xəsarətdən sonra iflic olub.
Qeyd edək ki, ötən illərdə Bağdadinin ölüm xəbəri yayılsa da, İŞİD liderinin 29 apreldə 18 dəqiqəlik çıxışı yayımlanmışdı.
Gülşən