Bağdadinin birdən-birə Türkiyənin 12 müşahidə məntəqəsinin olduğu İdlibə qədər necə gəlib çıxa bilməsi hər kəsdə maraq doğurub.
Qaynarinfo xəbər verir ki, bəzi strateqlərin iddiasına görə, Türkiyə sərhədinə 6 kilometrlik bir məsafədə vurulan Bağdadinin buradan Türkiyəyə girməsi belə planlaşdırılıbmış. PKK/YPG liderlərinin verdiyi açıqlamalar və sosial media paylaşımları da planın Türkiyəni çətin vəziyyətə salmaq məqsədi güddüyünü üzə çıxarıb.
Ancaq Türkiyə kəşfiyyatı Bağdadinin Türkiyənin nəzarətində olan sahəyə girməsi haqda kəşfiyyat xəbərini alan kimi bütün planlar pozulub. Türkiyə ABŞ hökumətinə "Bağdadi İdlibdədir" deyə məlumat verib və terrorçu liderin məhv edilməsindən başqa ABŞ-a bir seçim saxlamayıb. Beləliklə, ABŞ əsgərləri Bağdadinin Türkiyəyə çox yaxın bir nöqtədə saxlandığı tuneldə məhv edib. Bununla da Türkiyəyə qarşı hazırlanan çirkli plan onu hazırlayanlara qarşı çevirib və bir sıra suallar doğurub.
Yaranan suallar bunlardır:
- ABŞ prezidenti Tramp Bağdadini məhv edən əməliyyatdan əvvəl Rusiyaya məlumat verildiyini deyib. Ancaq Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Trampı təkzib edərək belə bir məlumatlarının olmadığını bildirib. Kim düzünü deyir?
* Tramp həm Bağdadinin üstündəki bombanı partladığını, həm də ağlaya-ağlaya öldüyünü bildirib. Bəs əslində Bağdadi necə ölüb?
* ABŞ prezidenti YPG-nin onlara kömək etdiyini deyərək terrorçulara təşəkkür edib. Yaxşı, elə isə Bağdadi YPG-nin hakim olduğu və tam nəzarət etdiyi ərazilərdən rahatlıqla necə keçə bilib?
* Tramp Bağdadinin tikə-tikə olduğunu deyərək, əməliyyatı müşahidə etdiyini deyib. Bəs həmin görüntülər haradadır?
* Belə bir əməliyyat insansız silahlı dronlar, ya da təyyarələrlə həyata keçirilməli olduğu halda nədən çoxlu helikopterlə icra edilib? Helikopterlərin Bağdadinin canlı olaraq ələ keçirib başqa yerə aparmaq üçün seçilməsi ilə bağlı iddia doğrudurmu?
* Helikopterlərin 1200 kilometr məsafədə yerləşən İraqdakı bazalardan yanacaq doldurmadan Suriyanın qərbindəki məntəqəyə çatması mümkün deyil. Helikopterlərin haradan gətirildiyi, hansı marşrutla hərəkət etdiyi və haraya qayıtdığı niyə açıqlanmır?