Xəbər lenti

Bağdadinin yaxın dostu, 700 nəfərin qatili ələ keçdi
Dünya07:34 27.04.2018

Bağdadinin yaxın dostu, 700 nəfərin qatili ələ keçdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İŞİD terror qruplaşmasının Suriyanın Deyr əz-Zor bölgəsi üzrə əmiri və 3 yüksək vəzifəli İŞİD-çi Türkiyənin İzmir şəhərində ələ keçirilib.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmirdə təhlükəsizlik və xüsusi xidmət orqanları İŞİD-ə qarşı əməliyyat keçirilib. 
Əməliyyat zamanı 700-ə qədər suriyalını öldürməkdə ittiham olunan və Bağdadinin yaxın dostu olduğu iddia edilən K.E.H. ələ keçib.
Onun dəfələrlə toplu qətliam videolarında görüntüləndiyi məlum olub.