Xəbər lenti

Türkiyədə Bağdadinin yaxın qohumlarına qarşı əməliyyat
Dünya06:26 16.11.2019

Türkiyədə Bağdadinin yaxın qohumlarına qarşı əməliyyat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İŞİD-in ötən həftələrdə zərərsizləşdirilən lideri Əbubəkr Bağdadinin 4 yaxın qohumu Türkiyədə həbs edilib.
Qaynarinfo xəbər verir ki, Kırşehir bölgəsində baş tutan əməliyyat çərçivəsində Bağdadinin qohumlarından 11 nəfər, Samsunda 5, Orduda 3, Şanlıurfada 6 şübhəli saxlanılıb.
4 nəfər barədə "silahlı terror təşkilatına üzv olmaq" ittihamı ilə həbs qərarı çıxarılıb. 2 azyaşlı və 19 şübhəli isə ölkədən xaric edilmək üçün Kırşehir Valiliyinə təhvil verilib.
Gülşən