İranda bahalaşma dalğası pik həddə çatıb.
Qaynarinfo İran mənbələrinə istinadən xəbər verir ki, ölkədə bütün növ ərzaq məhsullarının qiymətində əhəmiyyətli sıçrayış olub və proses davam edir.
Bildirilir ki, artıq İranda ət alanların sayı əhəmiyyətli dərəcədə azalıb. Bu da ətin qiymətinin kəskin bahalaşması ilə əlaqədardır.
İran mənbələrinin yazdığına görə, ətin bahalaşması bu sektorun demək olar ki, çöküşünü şərtləndirib. Ət bahalaşdığına görə insanlar toyuq məhsullarına üstünlük verməsi toyuq ətinin də bahalaşmasına səbəb olub. Bu gün İranda toyuq ətinin bir kiloqramı 126 min tümənə satılır.
Toyuq ətinin bahalaşması kəskin tənqidə səbəb olub. Əhali hesab edir ki, işbazlar toyuğun qiymətini süni şəkildə qaldırır.
İranlı fəalların sözlərinə görə, bahalaşma daşınmaz əmlak və xidmət sahələrinə də sirayət aedib. Xüsusilə, mənzillərin qiyməti əlçatmaz olub.
Bu isə onsuz da narazılığın pik həddə olduğu ölkədə yeni etiraz dalğasının yaranmasına səbəb olub. Artıq ölkənin bir neçə şəhərində sosial tələblərlə aksiyaların keçirilməsinə başlanıb.
Seyid