Xəbər lenti

Bakı 2015-in poçt markaları buraxıldı
İdman07:54 23.04.2015

Bakı 2015-in poçt markaları buraxıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Bakı-2015” ilk Avropa Oyunlarının başlamasına 50 gün qalması münasibətilə aprelin 23-dən yeni poçt markaları dövriyyəyə buraxılıb.

Anspress-in məlumatına görə, üzərində “Bakı-2015”in brendi olan nar və ilk Avropa Oyunlarına proqramına daxil olan idman növləri təsvir edilən markalar aprelin 23-də təqdim edilib.

“Azərmarka” tərəfindən “Bakı 2015” I Avropa Oyunlarının rəsmi loqosundan istifadə etməklə markaların hazırlanmasında istifadəyə dair əldə olunmuş razılaşma əsasında təqdim edilib. 

Markaları respublikanın poçt şöbələrindən əldə etmək mümkündür.

Bundan əlavə olaraq, müxtəlif açıqca, buklet və oyunlarla bağlı kitabçalar da hazırlanır.

Qaynar.info