Xəbər lenti

Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni vitse-spiker təyin edildi
Ölkə11:04 08.06.2022

Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni vitse-spiker təyin edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Ağır Cinayətlər Məhkəməsinə (BACM) kütləvi informasiya vasitələri ilə əlaqələrə məsul şəxs təyin edilib.
Qaynarinfo-nun "Report"a istinadən məlumatına görə, bu barədə məhkəmə sədri müvafiq əmr imzalayıb.
Əmra əsasən, BACM-nin hakimi Telman Hüseynov vitse-spiker təyin olunub.
Məlumatı Məhkəmə-Hüquq Şürası "Report"a təsdiqləyib.
Qeyd edək ki, daha əvvəl bu vəzfədə BACM-nin sədr müavini Əfqan Hacıyev çalışırdı. O, bir neçə gün əvvəl təqaüdə göndərilib.
Xatırladaq ki, T.Hüseynov 2018-ci ildən BACM-nin hakimi vəzifəsində çalışır.