Xəbər lenti

Bakı avtovağzalında 30 min dollarlıq oğurluq
Ölkə09:22 07.11.2022

Bakı avtovağzalında 30 min dollarlıq oğurluq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda külli miqdarda pul oğurlayan şəxs tutulub.
Qaynarinfo DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə noyabrın 1-də Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində içərisində 30.000 ABŞ dolları və geyim əşyaları olan çantanın oğurlanması barədə müraciət daxil olub.
Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Azər Vəliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.