Xəbər lenti

Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdirilir
Ölkə18:06 07.06.2019

Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdirilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
18 iyundan etibarən Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdirilir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova APA-ya açıqlamasında bildirib.
Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən 702/701 nömrəli sürətli sərnişin qatarının hərəkət qrafikinin optimallaşdırılması məqsədi ilə bu qərar qəbul edilib.
O qeyd edib ki, qatar Bakıdan saat 08:00-da yola düşəcək, Gəncəyə saat 12:15-də çatacaq, əks istiqamətdə isə qatar Gəncədən saat 18:00-da yola düşəcək və Bakıya saat 22:15-də çatacaq.