Xəbər lenti

"Bakı Metropoliteni"ndən gediş haqqı ilə bağlı açıqlama
Ölkə12:06 09.09.2025

"Bakı Metropoliteni"ndən gediş haqqı ilə bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son günlər ictimaiyyətdə Bakı metrosunda gedişhaqqının artırılacağı ilə bağlı müzakirələr gündəmə gəlib.
Sosial şəbəkələrdə və ictimai rəydə qiymətlərin dəyişəcəyi ilə bağlı fərqli fikirlər səslənir.
Bəzi ekspertlər artım ehtimalını qaçılmaz sayır, digərləri isə mövcud tariflərin saxlanılmasının vacibliyini vurğulayır.
Məsələ ilə bağlı BAKU.WS-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, qurumun metro nəqliyyat növündə gediş haqqı tariflərini tənzimləmək səlahiyyəti yoxdur: "Həmçinin "Bakı Metropoliteni" QSC-də tariflərə yenidən baxılması barədə hər hansı məlumat mövcud deyil".