Avropada
yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün növbəti araşdırmasını təqdim
edib.
Qaynarinfo xəbər verir ki, jurnalistin sosial şəbəkə hesabında Bakı Metropoliteninin rəisi Zaur Hüseynovun
korrupsiya əməlinə yol verməsindən və Avropada əmlak sahibi olmasından söz
açılır.
Həmin
materialı təqdim edirik: Maliyyə nazirliyinin açıqlamasına görə, pandemiyadan
ziyan çəkən dövlət şirkətlərinə maliyyə dəstəyi çərçivəsində "Bakı
Metropoliteni”nə 2 mln. 600 min manat ilkin maliyyə dəstəyi göstərilib. Metro
işləmir, bəs pullar hara gedir?
Aşağıdakı
sənədlər bu sualın cavabıdır. "Bakı Metropoliteni”nin rəisi Zaur Hüseynovun
Londonda yaşayan 28 yaşlı oğlu Həbib Hüseynzadə ötən ay İngiltərədə böyük həcmdə
yeni investisiya müqaviləsi imzalayıb. İyunun 29-da bununla bağlı razılaşma əldə
olunub, iyulun 21-də müqavilənin tələblərinə uyğun olaraq ödəmə Britaniyanın
Barclay’s Bank UK PLC bankı vasitəsilə icra olunub. 41 səhifəlik müqavilənin şərtləri
əsasında vəsaitin həcmi və hansı məqsədlə köçürülməsinin detalları məxfi
saxlanılır.
Metropoliten
rəisinin oğlu tikinti və daşınmaz əmlak biznesi ilə məşğul olur, indiyədək
Callington yaxınlığında Downgate-də böyük ərazini satın alaraq, çoxsaylı evlər
tikib, satışa çıxarıb.
Zaur
Hüseynov 27 fevral 2014-cü il tarixli 290 saylı Sərəncamı ilə "Bakı Metropoliteni”
Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilib.
Oğlu Həbib
Hüseynzadə PINNACLE WEST LIMITED-i 2016-cı ilin fevralında, 24 yaşında təsis
edib.
Şərhlər