Xəbər lenti

Bakı metrosunda velosiped istifadə etmək mümkündürmü? - AÇIQLAMA
Ölkə08:52 01.06.2016

Bakı metrosunda velosiped istifadə etmək mümkündürmü? - AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Motorsuz nəqliyyat vasitələrinin təbliği hazırda dünyanın əsas qayğılarından biridir. Bu tipli nəqliyyat vasitələrinin arasında ən populiarı velosiped hesab olunur.

Təbii ki, velosipeddən istifadə etməyin bir çox üstünlükləri var. Velosiped sağlamlıqla yanaşı, nəqliyyat sıxlığının azalması və ekoloji tarazlığın qorunması baxımından önəmli vasitə hesab olunur. Dünya praktikasında hətta tanınmış hökümət adamlarının işə velosipedlə getməsinə belə şahid oluruq.

Qaynarinfo.az xəbər verir ki, Bakı metrosunda velosipedlə girişin təmin edilməsi üçün sosial şəbəkələrdə event yaradılıb. Eventin təşkilatçıları hamını bu nəqliyyat vasitəsinin metroda daşınmasının təmini üçün birliyə çağırır: "İşə ilk olaraq velosipedləri çexol vasitəsi ilə metroda daşımağa cəhd göstərək. Növbəti addımımız isə daimi ehtiyac duyulan bu daşınma xitmətinin daha da asanlaşdırılması üçün Bakı Metropoliteninə müraciət ünvanlayaq".

Məsələ ilə bağlı Qaynarinfo.az-a danışan “Bakı Metropoliteni” Qapalı Səhimdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, velosipedin metroda daşınması üçün heç bir qadağa yoxdur: "Sadəcə qadağa ondan ibarətdir ki, açıq şəkildə aparmaq olmaz. Velosiped qatlanan və onun çexolu olmalıdır. Metropolitenin istifadə qaydalarında da bu konkret göstərilib ki, velosipedi çexola saldıqdan sonra metro vasitəsiylə istədikləri yerə apara bilərlər".

Qafqaz Rafiqoğlu

Qaynarinfo.az