Xəbər lenti

Bakı Metrosunun yeni stansiyaları nə vaxt açılır? - Açıqlama
Ölkə06:30 22.03.2015

Bakı Metrosunun yeni stansiyaları nə vaxt açılır? - Açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Bakı Metropoliteni” QSC “bənövşəyi xətt”in ilk iki – “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarını 2015-ci ilin sonuna istismara verməyi planlaşdırır. 

Qaynar.info xəbər verir ki, bunu Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, hazırda lazımi avadanlığın quraşdırılması və stansiyaların abadlığı üzrə iş gedir: “Plana əsasən, stansiyalar bu ilin sonuna açılacaq”.

Qeyd edək ki, “bənövşəyi xətt” 12 stansiyadan ibarət olacaq.

Qaynar.info