Xəbər lenti

“Bakı OTİS Lift” yenidən məhkəməlik oldu
Ekonomiks14:19 26.07.2023

“Bakı OTİS Lift” yenidən məhkəməlik oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bakı OTİS Lift” QSC barəsində darəçilik qaydaları əleyhinə olan (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) inzibati xəta protokolu tərtib olunub. 
Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən, mülkiyyət formasından asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə hüquqi şəxslər 350 manatdan 500 manatadək məbləğdə cərimə edilir.
İş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Xalidə Əlisoyun icraatındadır.
Qeyd edək ki, qanunu təmsilçisi Xəlilov Emil Vaqif oğlu olan "Bakı OTİS Lift” QSC mütəmadi olaraq qanun pozuntularına görə məhkəməlik olur.
Əhməd