Xəbər lenti

Bakı-Qazax yolunda sərnişin avtobusu alışdı - FOTOLAR
Ölkə15:21 03.04.2016

Bakı-Qazax yolunda sərnişin avtobusu alışdı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda sərnişin avtobusunda yanğın olub.
Hadisə Bakı-Qazax yolunun Ucar rayonundan keçən hissəsində qeydə alınıb. Bakı istiqamətində hərəkətdə olan “Mercedes” markalı, 90 MU 838 dövlət nömrə nişanlı sərnişin avtobusunun arxa təkərləri qəfildən alışıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri gəlib. Həyata keçirilən tədbirlər nəticəsində yanğının genişlənməsinin qarşısı alınıb və təkərdə baş verən yanğın söndürülüb. (apa)
Qaynar.info