Xəbər lenti

Bakı sakinləri vəd verdi: "Qarabağ" qalib gəlsə... (VİDEOSORĞU)
Ölkə11:02 23.08.2017

Bakı sakinləri vəd verdi: "Qarabağ" qalib gəlsə... (VİDEOSORĞU)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün "Qarabağ" Çempionlar Liqası çərçivəsində Danimarkanın "Kopenhagen" klubunun qonağı olacaq. "Play-off" mərhələsinin ilk oyununda rəqibi 1:0 hesabı ilə məğlub edən Azərbaycan çempionu bu görüşdə də sərfəli nəticə qazansa, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq. 

Bu isə Azərbaycan futbol tarixində bir ilk olacaq. Çünki indiyədək heç bir klubumuzun Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilməyib. Azərbaycan təmsilçiləri yalnız Avropa Liqasının qrup mərhələsinə çıxmağı bacarıb ("Qarabağ", "Qəbələ", "Neftçi").

Artıq iki gündür sosial şəbəkələrdə "Qarabağ"ın qələbəsi ilə bağlı müxtəlif vədlər verilir. Kampaniyanın maraqla qarşılanmasını nəzərə alaraq paytaxt sakinlərinə müraciət etdik. Və onlardan "Qarabağ"ın qələbəsi ilə bağlı vədlərini soruşduq.

Videosorğunu sizlərə təqdim edirik:

Hazırladı: Çingiz Səfərli, Sultana Əhmədbəyli

Qaynarinfo.Az