Xəbər lenti

Bakı-Sumqayıt elektrik qatarlarının sayı artırılır - YENİ CƏDVƏL
Ölkə09:30 08.12.2016

Bakı-Sumqayıt elektrik qatarlarının sayı artırılır - YENİ CƏDVƏL

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dekabrın 11-dən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkətinin intensivliyinin artırılması və daha da optimallaşdırılması məqsədilə hərəkət cədvəlində qismən dəyişiklik ediləcək.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaynarinfo.Az-a verilən məlumata görə, yeni hərəkət cədvəlində elektrik qatarlarının sayı hər iki istiqamətdə 2 qatar artırılacaq.

Beləliklə, Bakı-Sumqayıt elektrik qatarları Bakı sərnişin stansiyasından saat 07:50, 08:20, 08:50, 16:00, 17:20, 18:00, 18:30, 18:45, 19:15, 19:35, 19:50 və 20:30-da, Sumqayıt-sərnişin stansiyasından isə 07:00, 07:15, 07.30, 07:45, 08:00, 08:38, 09:10, 09:50, 17:00, 18:10, 18:47 və 19:30-da yola düşəcək.

Qeyd edək ki, hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003, 6006/6005, 6011, 6019 və 6022 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.

Qaynarinfo.Az