Xəbər lenti

Bakı-Sumqayıt yolunda dəhşətli tıxac
Dünya05:56 13.05.2015

Bakı-Sumqayıt yolunda dəhşətli tıxac

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gecə saatlarında “Xırdalan dairəsi” ərazisində yol bağlanıb. Bu səbəbdən Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.
Anspress məsələnin nə yerdə olduğunu öyrənmək üçün Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxlayıb. A.Nəcəfli bildirib ki, həmin ərazidə yolun təmir və bərpa işləri aparıldığı üçün bağlanıb: "Həmin ərazidə, körpünün üstündə asfalt-beton örtüyü dağılmışdı. Bu səbəbdən də gecədən başlayaraq, yolu asfaltlayırlar. İşlər yekunlaşan kimi yol açılacaq. Hələlik sürücülər körpünün altı ilə hərəkət edə bilərlər".
Qaynar.info