Xəbər lenti

Bakı-Tiflis-Qars xəttində FACİƏ
Dünya16:39 20.10.2013

Bakı-Tiflis-Qars xəttində FACİƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı-Tiflis-Qars dəmiryol xəttinin Türkiyə hissəsinin inşaatında faciə baş verib.

APA-nın Doğan Xəbər Agentliynə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində bir nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Hadisə Türkiyənin Qars vilayətinin Arpaçay rayonunun Göyərçin kəndində baş verib.
 
Dəmiryolunun keçəcəyi tunelin inşaası zamanı əvvəlcədən hazırlanmış beton piltələrin bağlandığı dəmir qırılıb.
 
Beton piltənin altında qalan 2 fəhlədən biri- 23 yaşlı Bünyamin Arslantaş ölüb, digəri 27 yaşlı Gökhan Tunçsoy və iş yoldaşlarını xilas etməyə çalışan, 33 yaşlı Mustafa Özen isə yaralanıblar.
 
Yaralılar Qars Dövlət Xəstəxanasına yerləşdiriliblər.

Qaynar.info