Xəbər lenti

Bakıda 17 yaşlı əfqan qız 12-ci mərtəbədən yıxılıb öldü
Ölkə06:53 25.02.2016

Bakıda 17 yaşlı əfqan qız 12-ci mərtəbədən yıxılıb öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

O, Azərbaycanda qaçqın statusu almış əfqandır 

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Binəqədi rayon Prokurorluğundan Apa-ya verilən məlumata görə, hadisə Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb. Həmin binanın 12-ci mərtəbəsindəki mənzillərdən birində yaşayan Əfqanıstanın Kabul şəhərində anadan olmuş, 1999-cu il təvəllüdlü Fatimə Ezatullahi pəncərə silərkən ehtiyatsızlıqdan yıxılaraq ölüb.

 Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 Qeyd edək ki, F. Ezatullahi Azərbaycanda qaçqın statusu almış əfqandır.  

Qaynar.info