Xəbər lenti

Bakıda 7 yaşlı qızı zorlayan 58 yaşlı kişi
Ölkə19:11 20.11.2014

Bakıda 7 yaşlı qızı zorlayan 58 yaşlı kişi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

O, çirkin niyyətini gerçəkləşdirib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlını zorlamada təqsirli bilinən 1956-cı il təvəllüdlü Yaşar Yusifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qaynar.info Lent.az-a istinadən xəbər verir ki,  hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Yaşar Yusifov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu ilin iyunun 14-də saat 01:00 radələrində paytaxtın Binəqədi rayonunda kirayədə yaşayan 1956-cı il təvəllüdlü Yusifov Yaşar Bəhlul oğlu sərxoş vəziyyətdə yaşadığı evin həyətində kirayədə yaşayan Arzu Şirinovanın (ad və soyad şərtidir) evinə daxil olub. 58 yaşlı kişi Arzu Şirinova 2007-ci il təvəllüdlü qızı Aliyənin (ad şərtidir) evdə köməksiz vəziyyətdə tək olmasından istifadə edərək ona xəsarətlə müşayiət olunan zor tətbiq edib və çirkin niyyətini gerçəkləşdirib. O, 7 yaşlı qızla zorla cinsi əlaqədə olub.

Yaşar Yusifov Cinayət Məcəlləsinin 149.3.3-cü (zorlama, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham edilir.

Qaynar.info