Xəbər lenti

Bakıda açılmış pulsuz mağaza bir günə boşaldıldı - FOTO
Ölkə16:56 25.02.2016

Bakıda açılmış pulsuz mağaza bir günə boşaldıldı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şüvəlan qəsəbəsində Nizami küçəsində möminlərin birgə təşəbbüsü ilə "Ehtiyacın varsa götür, ehtiyacın yoxdursa as" adı ilə açılan mağaza bir günə boşalıb. 
Qaynar.info baku.ws-ə istinadən xəbər veir ki, mağaza tam təmənnasız olaraq imkansızlar üçün nəzərdə tutulub və ehtiyacı olan şəxslər bir gün ərzində mağazadakı geyimləri götürüblər. Mağazadan geyim götürən ehtiyaclı insanların sayı həddin artıq olsa da, geyim qoyanların sayı əhəmiyyətli dərəcədə azdır.
Mağazaya geyim təqdim etmək istəyənlərin nəzərinə çatdırılır ki, paltarlar yuyulmuş, ütülənmiş vəziyyətdə təhvil alınır. Əsasən kişi və uşaq geyimlərinə üstünlük verilir. 
Qaynar.info