Xəbər lenti

Bakıda avtobusda növbəti sərnişin-sürücü mübahisəsi - VİDEO
Ölkə06:30 19.09.2014

Bakıda avtobusda növbəti sərnişin-sürücü mübahisəsi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ətrafdakıların narazılığına baxmayaraq, qadın söyüşlərə ara verməyib.

Bakıda avtobusda sərnişinin kobudluğu ilə müşayiət olunan daha bir insident baş verib.

Oxu.Az xəbər verir ki, hadisə 64 saylı xətt üzrə “Neftçilər” metrostansiyasından Yeni Günəşli qəsəbəsinədək hərəkət edən avtobusda baş verib.

Belə ki, avtobusun sürücüsü yolu kəsməmək üçün dönərək “Diqlas” ticarət mərkəzinin qarşısındakı dayanacaqda dayanmaq istəyib.

Bu isə sərnişinlərdən biri tərəfindən mənfi qarşılanıb, dayanacaqda avtobusa minən qadın sürücünün üstünə qışqıraraq, təhqir etməyə başlayıb. Qadın bəyan edib ki, sürücü onun rahatlığı üçün avtobusu yolun ortasında saxlamalı idi.

Sürücü və sərnişinlər uzun müddət onun təhqirlərinə dözərək, qadının nəhayət sakitləşəcəyini gözləyiblər. Lakin 55-60 yaşlarında qadın fikrindən daşınmayıb və təhqirlərinə davam edib. Sürücünün obyektiv iradlarına laqeyd yanaşan qadın hələ xeyli müddət sakitləşməyib.

Həmin hadisədən bir görüntünü təqdim edirik.

Qaynar.info