Xəbər lenti

Bakıda bir sot boş torpaq 1 milyon manata satılır – FOTOLAR
Ekonomiks14:16 27.12.2013

Bakıda bir sot boş torpaq 1 milyon manata satılır – FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
30 milyonluq torpaq sahəsi Bakının mərkəzində yerləşir.

Bakı şəhərində, Səbail rayonunda, Rəsul Rza küçəsində 24 sot boş torpaq sahəsi 24 milyon manata satışa çıxarılıb (30 592 734 ABŞ dolları).

Qaynar.info xəbər verir ki, bu barədə elan Bina.Az saytında yerləşdirilib.

Məlumatda deyilir ki, şəhərin mərkəzində, Malokan bağı yaxınlığında, analoqu olmayan torpaq sahəsinin ərazisi 60 metrin 40 metrədir və 60 metrin mərkəzi yola çıxışı var, ərazinin həqiqi sahəsi 24 sot təşkil edir.

Qeyd edək ki, bir sot torpaq 10 metr uzunluğu və 10 metr eni olan torpaq sahəsi nəzərdə tutulur.

Hazırda ərazidə heç bir tikili yoxdur.

Qaynar.info