Xəbər lenti

Bakıda “Coca-Cola”nın maşını qəzaya düşdü, sürücü öldü - FOTO
Ölkə07:12 11.03.2017

Bakıda “Coca-Cola”nın maşını qəzaya düşdü, sürücü öldü - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda ölümlə nəticələnən qəza baş verib.

"Qaynar" "report"- istinadla xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Buzovna qəsəbəsində 1982-ci il təvəllüdlü Aydın Kosayevin idarə etdiyi "Coca-Cola" şirkətinə məxsus "İsuzu" markalı kiçik tutumlu yük avtomobili mişar daşı daşıyan yük avtomobilinə çırpılıb. Nəticədə sürücü kabinada sıxılaraq ölüb.

Faktla bağlı Dövlət Yol Polis İdarəsinin Xəzər rayon Şöbəsində araşdırma aparılır.

Qaynar.Az