Xəbər lenti

Bakıda dəhşətli qəzanın təfərrüatları: 3 ölü, 19 yaralı - FOTOLAR
Ölkə10:45 07.06.2015

Bakıda dəhşətli qəzanın təfərrüatları: 3 ölü, 19 yaralı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Sabunçu-Zabrat yolunda baş verən ağırdəhşətli qəzada 19 nəfər yaralanıb, 3 nəfər ölüb. Anspress-in məlumatına görə, yaralılardan 12 nəfəri xəstəxanalara yerləşdirilib.
Qeyd edək ki, bu gün Bakının Sabunçu-Zabrat yolunda “Shacman” markalı yük maşını 214 saylı “Daewoo” markalı avtobusla toqquşub. Hadisə Zabratdan şəhərə gələn istiqamətdə ensiz yolda baş verib.
Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsi müdir müavini Vüqar İbrahimlinin anspress-ə verdiyi məlumata görə, qəza yük maşınının sürücüsünün günahı üzündən olub.
"Avtobusu idarə edən sürücü Bayram şəhər istiqamətinə hərəkət edərkən görüb ki, qarşı tərəfdən iki “Shacman” markalı yük maşını gəlir. Yük maşınları ötüşürmüşlər. Onlar avtobusa yol verməyiblər, nə də sürəti azaltmayıblar. Avtobus sürücüsü nə qədər etsə də, qəza qaçılmaz olub", - deyə Vüqar İbrahimli bildirib.
Qeyd edək ki, qəza zamanı 2 nəfər hadisə yerində keçinib. Bir nəfər də yolda dünyasını dəyişib. Qəzada ölən iki nəfər 17-18 yaşlarında oğlanlardır. Qəza zamanı yaralananların 4-nün vəziyyəti isə nisbətən ağırdır.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.










Qaynar.info