Bu gün Bakıda dövlət qurumlarının İT rəhbərlərinin II zirvə toplantısı keçirilir.
Oxu.Az-ın məlumatına görə, tədbirdə dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbər heyətinin sahə üzrə təcrübə mübadiləsinə və informasiya təhlükəsizliyinə təhdidlərin birgə qiymətləndirilməsi aparılacaq.
Toplantıda müxtəlif dövlət və özəl qurumların əməkdaşları iştirak edirlər.