Xəbər lenti

Bakıda doğulan erməni nazirdən prezidentə hədiyyə - FOTOLAR
Dünya14:26 14.01.2017

Bakıda doğulan erməni nazirdən prezidentə hədiyyə - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayanın daxili işlər naziri, Bakıda doğulan əslən erməni olan Arsen Avakov ölkə prezidenti Petro Poroşenkoya tapanca hədiyyə edib. 
İstiPress-in "RİA Novosti- Ukrayna"ya istinadla verdiyi məlumata görə, "Сabot Gun" modeli olan "Jones 1911" tapancasını Poroşenko 2015-ci ildə 50 illiyi münasibəti ilə alıb.
Dövlət başçısına hədiyyə edilən silahın dəyəri 10 min dollardır. 
Prezidentdən başqa Avakov keçmiş baş nazir Vladimir Qroysman və Arseni Yatsenyuka da silah bağışlayıb.
Bu, Avakovun son bahalı hədiyyəsi deyil. Belə ki, ötən ilin may ayında ölkənin milli təhlükəsizlik və müdafiə şurasının katibi Aleksandr Turçinova da 1910-cu il istehsalı olan "Maksim" pulemyotu bağışladığını deyib. Yatsenyuk da məhz adı çəkilən silahla "mükafatlandırılıb". 
Saytın yazdığına görə, Bakıda doğulan nazir 2014-2016-cı illər ərzində 400 nəfərə silah bağışlayıb. DİN rəhbəri daha çox "Fort 17" tapancası və onun modifikasiya edilmiş modellərini hədiyyə etməyə üstünlük verib. 
  1. Qaynarinfo.Az