Xəbər lenti

Bakıda elektriklə işləyən maşınlar üçün “zapravka”lar - FOTOLAR
Ölkə16:40 25.06.2015

Bakıda elektriklə işləyən maşınlar üçün “zapravka”lar - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda tezliklə elektrik enerjisi ilə işləyən avtomobilləri - elektromobilləri görəcəyik. Artıq paytaxtın müxtəlif məkanlarında elektrik avtomobilləri üçün enerji doldurma məntəqələrinin quraşdırılmasına başlanılıb. Prosesə iyunun 17-dən start verilib.
“GreenCar” MMC, “Azərişıq” ASC və İDEA İctimai Birliyinin birlikdə həyata keçirdiyi layihə çərçivəsində Bakının müxtəlif yerlərində quraşdırılan, müasir texnoloji vasitələrlə və xüsusi proqramlarla təmin olunan enerji doldurma cihazları gələcəkdə rayonları da əhatə edəcək.
Bu enerji doldurma aparatları elektrik avtomobillərində mövcud olan bütün şarjetmə standartlarını (Avropa, ABŞ, və Asiya) dəstəkləyir.
Hələlik belə enerji doldurma aparatları Heydər Əliyev Mərkəzinin qarşısında  qurulub. Növbəti məkan “Park Bulvar”ın qarşısı olacaq. Daha sonra isə Bakının müxtəlif ünvanlarında və rayonlarda bu cür enerji doldurma məntəqələri qurulacaq.
Onlardan istifadə qaydalarına gəlincə isə “GreenCar” MMC-dən virtualaz.org saytına bildirdilər ki, aparatlar ödəmə kartları ilə işləyir. Bu kartları “GreenCar” MMC-nin ofisindən əldə edib balansına müvafiq vəsait köçürməklə istifadə etmək olar.
Elektrik nəqliyyat vasitələrinin enerji yığması üçün modelindən asılı olaraq 5 dəqiqədən 35 dəqiqəyədək vaxt tələb olunur.
Xatırladaq ki, “GreenCar” MMC İDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin dəstəyi ilə 2014-cü ildən ölkə ərazisində geniş miqyaslı innovativ-ekoloji layihələrin həyata keçirilməsinə başlayıb. Bu layihələrin əsas məqsədi ən son texnoloji yeniliklərin Azərbaycana gətirilməsi, ətraf mühitin innovativ metodlarla qorunmasına xidmət etmək, bununla da ölkə ərazisində ətraf mühitin mühafizəsi və sağlam ekoloji mühitin yaradılmasına dəstək verməkdir.
Qaynar.info