Xəbər lenti

Bakıda erməni qanı töküldü - FOTOLAR
İdman18:28 13.06.2015

Bakıda erməni qanı töküldü - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün I Avropa Oyunlarında yunan-Roma güləşçilərinin mübarizəsində qan tökülüb. Anspress-in məlumatına görə, dünya və ikiqat Avropa çempionu Elman Muxtarovun 3-cü yer uğrunda döyüşündə rəqibi ermənistanlı Roman Amoyan olub.
Güləş zamanı erməni idmançının qaşı partlayıb. Oyuna bir neçə dəqiqə fasilə verilib. Amoyana tibbi yardım göstərildikdən sonra erməni meydana çıxıb. Lakin Elman Muxtarov onu peşman edib.
20 yaşlı Muxtarov erməni təmsilçi qarşısında inamlı qələbə qazanıb. O, özündən 12 yaş böyük olan titullu rəqibini 9:1 hesabı ilə qalib gələrək bürünc medalı qazanıb.
Qaynar.info